Azərbaycanda koronavirus infeksiyasına 28 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828,32 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 17 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10102 nəfər təşkil edir.
Virusa yoluxmuş 818,09 min nəfər (sutka ərzində +19) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 128 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 932 (ötən gün 1480 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 511,832 min test aparılıb.*
X.Nəsirzadə