Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Qeyd edək ki, Prezident İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir.*
R.Kərimov