“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bank xidmətləri ilə bağlı elan etdiyi tenderin qalibi olub.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən xəbər verir ki, ABB ilə bağlanmış müqavilədə Dövlət Sosial Müdafiə Fondunun Aparatında əmək haqlarının, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin və digər struktur bölmələrində əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri 16 milyon 206 min 332,12 manatdır.*
R.Əhmədov