ABŞ dövlət katibi Entoni Blinken bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.
Dövlət Departamentinin saytında verilən məlumata görə, görüş Münxen Təhlükəsizlik Konfransı çərçivəsində yerli vaxtla saat 13:35-də baş tutacaq.
Bundan başqa, Münxen Təhlükəsizlik Konfransının saytında dərc olunmuş məlumata əsasən, şənbə günü Əliyev, Paşinyan, Gürcüstanın baş naziri İrakli Qaribaşvili və ATƏT-in baş katibi Helqa Şmidtin iştirakı ilə Cənubi Qafqazda təhlükəsizlik mövzusunda panel müzakirəsi keçiriləcək.*