Azərbaycanda koronavirus infeksiyasına 18 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828 min 338-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 28 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 103 nəfər təşkil edir.
Virusa yoluxmuş 818 min 104 nəfər (sutka ərzində +14) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 131 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1272 (ötən gün 932 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 513 min 104 test aparılıb.*
V.Əliyev