Rusiya-Ukrayna müharibəsindən sonra ümumi geosiyasi vəziyyət tamamilə dəyişdi. Amma bunun Azərbaycana birbaşa təsiri olmadı. Bu sözləri Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışında deyib.
“Mən deyərdim ki, vəziyyət bizə birbaşa təsir göstərməyib. Ümumi geosiyasi vəziyyət tamamilə dəyişib. Yəqin ki, biz bir daha Rusiya-Ukrayna müharibəsindən əvvəlki vaxtlara qayıtmayacağıq”, - deyə dövlət başçısı qeyd edib.
O bildirib ki, yeni geosiyasi şərait Azərbaycan üçün kommunikasiya layihələri ilə bağlı bəzi üstünlüklər yaradıb. “Azərbaycan uzun illər boyu müasir nəqliyyat, logistika və infrastrukturun yaradılmasına sərmayə qoyub. İndi Azərbaycan ərazisindən keçməklə Mərkəzi Asiyadan Avropaya yükdaşımaların istiqamətinin dəyişdirilməsi əlavə imkanlar yaradır”, - deyə prezident vurğulayıb.*
V.Əliyev