Episentri Türkiyənin Kahramanmaraş vilayəti olan iki zəlzələ nəticəsində həlak olanların sayı 40 642 nəfərə çatıb. Bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer bu gün Ankarada keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, fəlakət zonasında axtarış-xilasetmə işlərinin fevralın 19-da başa çatdırılması planlaşdırılır.
“Hazırda axtarış-xilasetmə əməliyyatlarında 13 minə yaxın xilasedici iştirak edir. 80 ölkədən olan xilasedicilərin bir hissəsi artıq öz vətənlərinə qayıdıb”, - deyə AFAD-ın sədri bildirib.
Y.Sezer qeyd edib ki, 430 mindən çox insan fəlakət zonasından təxliyə edilib.*
V.Əliyev