Azərbaycanda koronavirus infeksiyasına 14 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828 min 352-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 18 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 10 min 103 nəfər təşkil edir.
Virusa yoluxmuş 818 min 124 nəfər (sutka ərzində +20) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 125 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 764 (ötən gün 1272 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 513 min 868 test aparılıb.*
V.Əliyev