Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK)və Macarıstan Ticarət və Sənaye Palatası Azərbaycan-Macarıstan Birgə İşgüzar Şurası yaradıblar. Bu barədə “İnterfaks-Azərbaycan”a ASK-dan məlumat verilib.
Fevralın 17-də Budapeşt şəhərində Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclası çərçivəsində tərəflər arasında müvafiq saziş imzalanıb.
“Şuranın yaradılmasında məqsəd Azərbaycan və Macarıstanda birgə investisiyaların təşviqi, qarşılıqlı ticarət dövriyyəsinin artırılması və iqtisadi əlaqələrlə bağlı qarşıya çıxan məsələlərin həllinə nail olmaqdır”, - Konfederasiyadan vurğulanıb. **
B.Rüstəmbəyov