2022-ci il ərzində prokurorluq orqanlarının qərarı və Maliyyə Nazirliyinin təşəbbüsü ilə aparılan araşdırmalar üzrə 64 maliyyə yoxlaması keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Baş Prokurorluğun mətbuat xidmətinə istinadən məlumat verir.
“Törədilən qanuna zidd əməllər nəticəsində dövlətə vurulmuş 2 milyon 147 min 485 manat maddi ziyanın hazırkı vaxtadək 589 min 537 manat hissəsinin ödənilməsi təmin edilib, həmçinin, 9 əmlak üzərinə həbs qoyulub”, - məlumatda deyilir.
Baş Prokurorluq məlumat verir ki, yoxlamalar zamanı aşkar edilmiş hüquqpozmalara dair prokurorluq orqanları tərəfindən 10 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib, 32 halda vurulmuş zərərin ödənilməsi təmin edilib, 22 fakt üzrə isə hazırda araşdırmalar davam etdirilir. **
X.Nəsirzadə