2023-cü ilin yanvar ayında Azərbaycan Respublikasına 131 ölkədən 119,1 min nəfər təşkil edib, bu da 2022-ci ilin yanvar ayının göstəricisindən 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gələnlərin 33,8%-i Rusiya Federasiyası, 21,1%-i Türkiyə, 9,3%-i İran, 5,6%-i Gürcüstan, 3,4%-i Hindistan, 3,2%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,7%-i Pakistan, 2,1 %-i Küveyt, hər birindən 1,8% olmaqla Səudiyyə Ərəbistanı və Qazaxıstan, 1,5%-i Ukrayna, hər biri 1,2% olmaqla Özbəkistan, Belarus və Türkmənistan, 10,1%-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 77,7%-ni kişilər, 22,3%-ni qadınlar təşkil edib.
2022-ci ilin yanvar ayı ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 29,3% artaraq 21,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 4,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 49 min nəfər olub.
Xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 21,9% artaraq 109,3 min nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 13%, Gürcüstana gedənlərin sayı 1,6 dəfə, Türkiyəyə gedənlərin sayı 18,4%, Rusiya Federasiyasına gedənlərin sayı isə 2,7% artıb.
Ölkə vətəndaşlarının 38,2%-i Türkiyəyə, 21,7%-i Rusiya Federasiyasına, 9%-i İrana, 10,5%-i Gürcüstana, 20,6%-i digər ölkələrə səfər edib.
Gedənlərin 69,2%-ni kişilər, 30,8%-ni qadınlar təşkil edib
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan Respublikasına 178 ölkədən 1 milyon 602,3 min və ya əvvəlki illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,5 dəfə artaraq 1489,5 min nəfər olub.**
B.Rüstəmbəyov