2023-cü ilin yanvar ayında Azərbaycanda 2 milyon 692 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2021-ci ilin yanvar ayının göstəricisindən 7,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bundan əlavə, 2 milyon 685,9 min ton əmtəəlik neft (kondensatla birlikdə) hasil edilib, azalma 6,9% olub.
2023-cü ilin yanvar ayında Azərbaycanda 4 milyard 225,7 milyon kubmetr qaz (artım 4%), 3 milyard 137,1 milyon kubmetr əmtəəlik qaz (azalma 1,3%) hasil edilib.
2022-ci ildə Azərbaycanda 32 milyon 667,7 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2021-ci ilin göstəricisindən 5,5% azdır. 2022-ci ildə Azərbaycanda 46 milyard 743,3 milyon kubmetr qaz (artım 6,6%), 34 milyard 958,3 milyon kubmetr əmtəəlik qaz (artım 7,3%) hasil edilib.
Azərbaycan hökuməti 2023-cü i9ldə ölkədə nüft hasilatını 31 milyon 222,3 min ton, qaz hasilatını – 46 milyard 761,6 milyon kubmetr həcmində proqnozlaşdırır. Hökumətin məlumatına əsasən, 2023-cü ildə əmtəəlik qazın hasilatı 35 milyard 900,3 milyon kubmetr təşkil edəcək. **
N.Abbasova