Bazar ertəsi müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Bakıda Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili ilə görüş zamanı Cənubi Qafqazda sülhün və sabitliyin təminatı, hərbi-texniki əməkdaşlığın genişləndrilməsi, o cümlədən Bakı, Tbilisi və Ankara arasında üçtərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Görüşdə regionda (Cənubi Qafqazda - İF) sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətraflı müzakirə edilib”, - MN-dən məlumat verilir.
Bundan başqa, tərəflər Azərbaycan, Türkiyə və Gürcüstan arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın inkişaf perspektivləri, birgə təlimlərin və işçi görüşlərin intensivliyinin artırılması barədə fikir mübadiləsi aparıblar. **
R.Kərimov