2023-cü ilin yanvar ayında Azərbaycan əhalisinin nominal pul gəlirləri 5 milyard 379,2 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin yanvar ayının göstəricisindən 15% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvarda Azərbaycanda orta illik inflyasiya 13,6% təşkil edib.
Statistik məlumatlara görə, yanvarda əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 14,3% - 531 manatadək artıb.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 4 milyard 749,9 milyon manat qalır ki, bu da 2022-ci ilin yanvar ayının göstəricisindən 15,2% çoxdur.**
X.Nəsirzadə