Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın İrəvandakı yeni səfiri Klristina Kvin ilə görüş zamanı regionda davamlı sülhün bərqərar olmasında Vaşinqtonun səylərinin vacibliyi, gələcəkdə iki ölkə arasında tərəfdaşlığın dərinləşməsinin zəruriliyi barədə bəyan edib.
XİN-in mətbuat xidməti məlumat verir ki, bazar ertsi Kvin etimadnaməsinin sürətini Mirzoyana təqdim edib.
“Görüşdə regional təhlükəsizlik və sabitlik, Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması prosesi məsələləri müzakirə olunub. Mirzoyan regionda davamlı sülhün bərqərar olması işində ABŞ-ın səylərini yüksək qiymətləndirib”, - XİN-dən qeyd ediblər. **