2022-ci ildə Azərbaycan əhalisinin sayı 29 min 221 nəfər və ya 0,3% artaraq 2023-ci il yanvarın 1-nə 10 milyon 127,145 min nəfərə qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Həmçinin, 2022-ci ilin dekabr ayında ölkə əhalisinin sayı 87,9 min nəfər və ya 0,9% azalıb.
DSK əhalinin azalmasının səbəblərini qeyd etmir.
Əhalinin 54,6%-i şəhər, 45,4%-i isə kənd sakinləridir. Əhalinin 49,8%-ni kişilər, 50,2%-ni qadınlar təşkil edir.
2022-ci ildə ölkə üzrə 122 min 846 doğulan körpə (+9,4%) qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,2 təşkil edib. Körpələrin 3,438 mini əkiz, 165-i üçəm, 8-i dördəmdir.
Bu dövrdə 60 min 810 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 6 təşkil edib. 2021-ci ildə bu göstərici 7,7 olub.
2022-ci ildə ölkədə qeydiyyat şöbələri tərəfindən 61,939 min nikah (2021-ci illə müqayisədə artım 10%) və 15,983 min boşanma halı (azalma 2%) qeydə alınıb.
Hesabat ilində Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2,869 min nəfər gələn və 1,069 min nəfər ölkədən gedən qeydə alınıb. **
X.Nəsirzadə