Azərbaycanda koronavirus infeksiyasına 6 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828 min 358-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 14 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb.
Ölənlərin ümumi sayı 10 min 103 nəfər təşkil edir.
Virusa yoluxmuş 818 min 131 nəfər (sutka ərzində +7) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 124 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 579 (ötən gün 764 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 514 min 447 test aparılıb.**
N.Abbasova