Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi məlumat verib ki, son illər ərzində regionda baş vermiş ən güclü zəlzələlərdən birindən sonra 114 mindən çox insan xilas edilib.
«Anadolu» agentliyinin məlumatına görə, episentri Kahramanmaraşda olan zəlzələ zonasında 114 834 nəfər xilas edilib.
Zəlzələlər nəticəsində 118 min yaşayış binası dağıdılıb və ya sökülməlidir.
Türkiyə lideri qeyd edib ki, fəlakət zonasının 1 milyon 684 min sakini müvəqqəti mənzil ilə təmin edilib. **