2023-cü ilin yanvar ayında Azərbaycanda 60,7 milyon manat ($35,7 milyon) məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2021-ci ilin yanvar ayı ilə müqayisədə 20,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 204,3 min ton sement (azalma 5,9%), 4,4 min ton (azalma 67,2%) sement, süni daş və ya betondan tikinti blokları və kərpicləri, 2 min kubmetr (azalma 70,1%) betondan yığma tikinti konstruksiyaları, 2,8 min ton (azalma 37,8%) asfalt istehsal edilib.
Bundan başqa, 41,3 min ton (azalma 23,5%) tikinti kərpici, 73,2 min kvadratmetr (azalma 89,1%) tikitni şüşəsi istehsal olunub.
352 min ton sement klinkeri (artım 38,8%), 3,7 min ton tikinti gipsi (artım 2,8 dəfə), 277,8 min ton (artım 45,1%) hazır beton qarışığı, 4,7 min ton (artım 62,1%) tikinti əhəngi istehsal edilib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycanda 1 milyard 85,7 milyon manat ($638,8 milyon) məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 12,6% çoxdur.**
B.Rüstəmbəyov