İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə bu günədək 42,56 min ipoteka krediti verilib.
“İnterfaks-Azərbaycan” agentliyi İKZF-nin məlumatına istinadən xəbər verir ki, verilmiş ipoteka kreditlərinin məbləği 2 milyard 442 milyon 504,515 min manat təşkil edir.
Bundan başqa, kirayəçilərin istifadəsinə verilən yaşayış sahələrinin sayı 3,224 min təşkil edir.
Zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği isə 349 milyon 759 min manatdır.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.**
X.Nəsirzadə