Çərşənbə axşamı Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı olub, xüsusilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması müzakirə edilib.
«Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması mövzusunun müzakirəsi əsnasında Qaluzin Aİ-nin Ermənistan ərazisində guya mülki missiyasının yerləşdirilməsinin Cənubi Qafqazda vəziyyətin real sabitləşməsinə şərait yaratmayan aşkar geosiyasi məqsəd daşıdığını bildirib», - RF XİN-in məlumatında deyilir.
Məlumatda «Bu təşəbbüsdə Bakı ilə İrəvan arasında konsensusun olmaması" vurğulanıb.**
R.Əhmədov