“Mərkəzi Klinika” MMC 2023-cü il (illik) üçün klinikanın əmlakının və 3-cü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası üzrə açıq tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Tender 5 Lot üzrə keçiriləcək:
Lot-1. "Mərkəzi Klinika" MMC-nin binaları üzrə (icbari sığorta);
Lot-2. "Mərkəzi Klinika" MMC-nin manual-tibbi avadanlıqları üzrə;
Lot-3. "Mərkəzi Klinika" MMC-ninelektron cihazları üzrə;
Lot-4. "Mərkəzi Klinika" MMC-nin nəqliyyat vasitələrinin kompleks sığortası üzrə;
Lot-5. "Mərkəzi Klinika" MMC-nin 3-cü şəxslər qarşısındakı mülki məsuliyyəti üzrə.
Tenderdə iştirak haqqı 200 manatdır.
Tender proseduru aprelin 7-də saat 15:00-da baş tutacaq, tender təklifləri 31 mart saat 17:00-dək qəbul olunur.
Əlavə məlumat üçün telefon: (012) 492-10-92 (daxili – 1211). Əlaqələndirici şəxs: Firudin Xəlilov.**
X.Nəsirzadə