Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycana səfərə gəlib. Bu barədə Böyük Britaniyanın Bakıdakı səfiri Fergus Ould məlumat verib.
O qeyd edib ki, Dokerti səfər zamanı artıq Azzərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə ilə görüşüb. Görüşdə Xəzərdə təhlükəsizlik məsələlərini müzakirə edilib.
“Biz Xəzər dənizində təhlükəsizlik məsələlərini və digər ikitərəfli əməkdaşlıq layihələrimizi müzakirə etdik”, - Ould Twitter hesabında yazıb. **
R.Kərimov