Azərbaycan 2022-ci ildə 141,419 min ton pomidor ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 2,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdəki mənbə məlumat verib.
İxrac edilmiş pomidorun ümumi dəyəri $167 milyon 608,53 min (artım 4.6%) təşkil edir.
Hesabat dövründə Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. “Ötən il Rusiyaya $161 milyon 595,58 min dəyərində 137,586 min ton pomidor (bütün ixracın 97,3%-i – İF) ixrac olunub. 2021-ci illə müqayisədə RF-yə pomidor ixracı miqdar ifadəsində 1,8% azalıb, dəyər ifadəsində 2,6% artıb”, - mənbə bildirib.
Azərbaycan 2021-ci ildə $160 milyon 228,84 min dəyərində 145,216 min ton pomidor ixrac edib və əsas idxalçı Rusiya olub. Ötən il bu ölkəyə $157 milyon 558,92 min dəyərində 140,110 min ton pomidor ixrac olunub.**
B.Rüstəmbəyov