Bakı Dövlət Universiteti (BDU) zirzəmiyə malik 2 saylı Tədris binasının əsaslı təmir işlərinə 11 milyon manata yaxın vəsait yönəldəcək.
“Interfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən məlumat verir ki, "VEST-LTD"QSC ilə müvafiq müqavilə bağlanıb.
Müqavilənin dəyəri 10 milyon 950 min 396 manat təşkil edir. **
R.Kərimov