Azərbaycan 2022-ci ildə 99 min 490,98 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2021-ci ilin göstəricisindən 32,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
İdxal olunmuş “Premium Euro-95” markalı benzinin dəyəri $102 milyon 540,18 min (azalma 7,7%) təşkil edib.
Rusiyadan $76 milyon 52,68 min dəyərində (artım 2,1 dəfə) 73 min 75,46 ton benzin (artım 40,7%) idxal edilib. “Premium Euro-95” markalı benzin idxalının 73,4%-i bu ölkənin payına düşüb.
Rumıniyadan $6 milyon 505,55 min dəyərində 7 min 286,18 ton, Bolqarıstandan $11 milyon 846,11 min dəyərində 10 min 456,7 ton, Türkmənistandan $7 milyon 812,83 min dəyərində 8 min 258,9 ton, Belarusdan $323,02 min dəyərində 413,75 ton benzin idxal edilib.
2022-ci ildə Azərbaycana $2 milyon 52,49 min dəyərində (azalma 14,3%) 1 min 670,95 ton “Super Euro-98” markalı avtomobil benzini (azalma 37,8%) idxal edilib.
Rusiyadan $1 milyon 257,93 min dəyərində 1 min 16,88 ton, Rumıniyadan $794,56 min dəyərində 654,08 ton benzin idxal edilib.
“Premium Euro-95” və “Super Euro-98” markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 2 manat, “Super Euro-98” markalı benzinin 1 litri isə 2,3 manat təşkil edir.**
N.Abbasova