Böyük Britaniyanın Avropa və Şimali Amerika regionu üzrə naziri Leo Dokerti məlumat verib ki, çərşənbə günü Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
"Bakıda səfərdəyəm. Azərbaycan - Böyük Britaniyanın mühüm ticarət və enerji tərəfdaşıdır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla söhbət zamanı Böyük Britaniyanın regionda sülh və təhlükəsizliyə sadiqliyini bir daha vurğuladım", - Dokerti çərşənbə günü Twitter hesabında yazıb və Bayramovla birgə fotosunu paylaşıb. **
R.Kərimov