2022-ci ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən 18 milyard 965 milyon 213,4 min kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 5,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə qaz ixracından $14 milyard 989 milyon 675,87 min məbləğində gəlir (artım 2,7 dəfə) əldə edilib.
Hesabat dövründə Azərbaycanın ümumi ixracının 39,29%-i (2021-ci ildə 24,92%-i) qaz ixracının payına düşüb.
2022-ci ildə ixracın əsas həcmi - $11 milyard 45 milyon 320,12 min məbləğində 8 milyard 210 milyon 720,07 min kubmetr qaz (bütün ixracın 43,3%-i) İtaliyanın payına düşüb.
DGK tərəfindən ixrac statistikası bəyannamə əsasında aparılır. Satılmış qaza dair bəyannamə onun boru kəmərləri ilə nəqli zamanı deyil, real satışı həyata keçirildikdən sonra təqdim olunur.
Ölkə |
Həcm, min kubmetr |
2021-ci illə müqayisədə |
Gəlir, min ABŞ dolları |
2021-ci illə müqayisədə |
Türkiyə |
6 853 659,21 |
-30,4% |
2 208 273,83 |
+31,1% |
Gürcüstan |
2 581 214,17 |
-10,4% |
3491,95 |
-1,9% |
İtaliya |
8 210 720,07 |
+34,3% |
11 045 330,12 |
+3,6 dəfə |
Bolqarıstan |
366 689,05 |
+57,8% |
237 811,16 |
+ 5,8 dəfə |
Yunanıstan |
779 336,88 |
+6,4% |
1 141 939,86 |
+3,1 dəfə |
İran |
173 594,04 |
-27.4% |
6 588,96 |
-27,4% |
Cəmi |
18965213,4 |
-5,4% |
14989675,87 |
+2,7 dəfə |
**
N.Abbasova