Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Dağlıq Bədəxşan Muxtar Vilayətində baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Tacikistan prezidenti Emoməli Rəhmona başsağlığı məktubu ünvanlayıb.
“Dağlıq Bədəxşan Muxtar Vilayətində baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Tacikistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, - Əliyev məktubda qeyd edib.
Xəbər verildiyi kimi, fevralın 20-də Tacikistanda baş vermiş qar uçqunu nəticəsində 19 nəfər həlak olub. **
X.Nəsirzadə