Azərbaycan prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyi və onun struktur qurumlarının işçilərinin say həddinin artırılmasına dair fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi 100 ştat vahidi - 4394 ştat vahidindən 4494-ə qaldırılır.
Həmçinin, nazirliyin ştatının artırılması Dövlət Vergi Xidməti Aparatının işçilərinin sayının artırılması ilə əlaqədardır. Xüsusilə, fərmana əsasən, DVX-nin işçilərinin say həddi 70 vahid - 429 ştat vahidindən 499 ştat vahidinə, strukturuna daxil olan qurumların işçilərinin say həddi 30 vahid - 2460 ştat vahidindən 2490 ştat vahidinə qaldırılıb. **
R.Əhmədov