Azərbaycanda koronavirus infeksiyasına 31 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828 min 426-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 37 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma hallarının sayı 16,2% azalıb.
Son sutka ərzində COVID-19-dan 3 nəfər vəfat edib (ötən gün – 2 nəfər).
Ölənlərin ümumi sayı 10 min 108 nəfər təşkil edir.
Virusa yoluxmuş 818 min 167 nəfər (sutka ərzində +22) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 151 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 286 (ötən gün 1 min 695 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 517 min 428 test aparılıb.**
R.Kərimov