Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə görüş keçirib.
“Mərkəzi Bankda ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə növbəti görüşümüz oldu. Görüşdə son makroiqtisadi meyillər və proqnozlar, həmçinin 2022-ci il üzrə bank sektorunun yekunlarına dair təqdimatlar keçirildi”, - Kazımov Ttwitter-də qeyd edib.
Həmçinin görüş zamanı qlobal makroiqtisadi proseslər, inflyasiya,faiz dəhlizinin parametrlərinin pul bazarına təsiri, eyni zamanda bank sektoru üzrə 2022-ci ilin nəticələri,son qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri və digər aktual məsələlər müzakirə edilib. **
X.Nəsirzadə