Azərbaycan prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində və dövlət peşə təhsili müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının artırılması haqqında sərəncamlar imzalayb.
Sərəncamların mətnləri cümə axşamı dövlət başşçısının saytında dərc olunub.
Sərəncamlara əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin, o cümlədən, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10% artırılır. **
B.Rüstəmbəyov