Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” sərəncam imzalayıb.
Sərəmcamın mətni cümə axşamı dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, Azərbaycanda 12 mədəniyyət idarəsi yaradılır: Abşeron–Xızı Regional Mədəniyyət İdarəsi; Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi; Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi; Qarabağ Regional Mədəniyyət İdarəsi; Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi; Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi; Lənkəran–Astara Regional Mədəniyyət İdarəsi; Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi; Mil–Muğan Regional Mədəniyyət İdarəsi; Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsi; Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi; Şirvan–Salyan Regional Mədəniyyət İdarəsi.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır. **