Fevralın sonunda Rumıniya deputatlar palatasının (parlamentin aşağı palatası) spikeri Marçel Çolaku Azərbaycana səfər edəcək. Bu barədə Rumıniyanın “Agerpres” agentliyi məlumat verir.
“Milli Məclisin (Azərbaycan parlamenti) spikeri Sahibə Qafarovanın dəvəti ilə 26-28 fevral tarixlərində deputatlar palatasının sədri Marçel Çolaku Azərbaycana rəsmi səfər edəcək”, - nəşr qeyd edir.
Məlumata görə, səfər çərçivəsində nümayəndə heyətinin müxtəlif görüşləri, o cümlədən S.Qafarova ilə görüşü planlaşdırılır. **
R.Kərimov