Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Əbu-Dabi şəhərində keçirilən “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfrans çərçivəsində cümə axşamı Birləşmiş Ərəb Əmirliklərinin müdafiə işləri üzrə naziri Mohammed Ahmed Al Bovardi ilə görüşüb. Bu barədə Azərbaytcan Müdafiə Sənayesi Nazirliyindən məlumat verilir.
“Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb”, - məlumatda qeyd olunur.
“İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransı fevralın 20-dən 24-dək davam edəcək. **
X.Nəsirzadə