“Azərbaycan Hava Yolları” QSC (AZAL) marşrut istiqamətlərinin sayını 85-dək artırmağı planlaşdırır. Bu barədə AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev bəyan edib.
“AZAL marşrut şəbəkəsini genişləndirir və uçuş istiqamətlərinin ümumi sayını 85-ə çatdırmağı hədəfləyib”, - Rzayev “AzərTAC” agentliyinə müsahibəsində bildirib.
O, həmçinin qeyd edib ki, hazırda aviaşirkət Qazaxıstan, Özəbəkistan, İordaniya, Çeviya, Çin kimi və digər ölkələrin iri şəhərlərinə müxtəlif reyslər həyata keçirir.
Bundan əlavə, Rzayev vurğulayıb ki, AZAL tərəfindən Rusiya və Türkiyənin şəhərlərinə yerinə yetirilən uçuşların tezliyi artırılıb. “Əgər 2022-ci ildə 36 istiqamətə uçuşlar həyata keçirirdiksə, 2023-cü ilə bu rəqəmi 62-yə çatdırmağı hədəfləyirik”, - o deyib.
Eyni zamanda, birinci vitse-prezident qeyd edib ki, Strateji İnkişaf Planına əsasən, 2030-cu ilədək aviaşrikətin parkında yalnız 2 növ təyyarə saxlanılacaq. “Park dar gövdəli hava gəmiləri üzrə yalnız “Airbus A320 Neo” sinfi, genişgövdəli hava gəmiləri isə “Boeing 787 Dreamliner” tipli hava gəmilərindən ibarət olacaq”, - Rzayev bildirib.
“Azərbaycan Hava Yolları” QSC (AZAL) 1992-ci ildə təsis olunub. Həmçinin şirkətin strukturuna “Buta Airways” loukosteri daxildir. Hazırda AZAL-ın təyyarə parkını müxtəlif növlərdən ibarət 29 hava gəmisi təşkil edir və təyyarələrin orta yaşı 11-dir. **
X.Nəsirzadə