Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladİmir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Söhbət zamanı Paşinyan fevralın 18-də Münxendə Azərbaycan prezidenti İlham Əliyev və xarici tərəfdaşlarla aparılan danışıqlar barədə Putinə məlumat verib.
“Regionda sabitlik və təhlükəsizliyin təminatı məqsədilə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli razılaşmaların kompleks şəklində praktiki icrası məsələləri müzakirə olunub. O cümlədən, Ermənistan-Azərbaycan sərhədində hazırki vəziyyətə toxunulub. Bu məsələ ilə əlaqədar müxtəlif səviyyələrdə təmaslar davam etdiriləcək”, - Kremlin mətbuat xidməti məlumat verir. **