Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllərini törətməkdə şübhəli bilinən İŞİD terror təşkilatının üzvü kimi Mircavad Salahovun saxlanılıb.
“DTX tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Salahov Mircavad Seyidağa oğlu İŞİD terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllərini törətməkdə şübhəli bilinərək saxlanılıb”, - məlumatda deyilir.
Qeyd edilir ki, Salahov Suriyanın Raqqa şəhərində İŞİD terror təşkilatının sıralarına qoşularaqxüsusi təlim düşərgəsinə göndərilmiş, döyüş təlimlərində iştirak etməklə odlu silahdan istifadə qaydalarına yiyələnıb.
“Daha sonra o,İŞİD terror təşkilatında mühasib kimi fəaliyyətə başlamış, bu müddət ərzindəsilahlı münaqişələrdə iştirak edənhəmin terror təşkilatınınüzvlərinə və onların ailələrinə aylıq pul vəsaitləri və ərzaq təminatının verilməsi, silahlı münaqişələr zamanı yaralanmış bu təşkilatın üzvlərinə və həlak olmuş şəxslərin ailələrinə maddi yardımların ayrılması işinin təşkili istiqamətində fəaliyyət göstərib. Cinayət məsuliyyətindən yayınmaq məqsədilə bir müddət digər ölkələrdə gizlənib”, - DTX-dən vurğulanıb.
DTX-nin məlumatına görə, Salahov İŞİD terror təşkilatınaqardaşı Salahov Mircəlal Seyidağa oğlu tərəfindən cəlb olunmuşdur. “Mircəlal Salahov sözügedən terror təşkilatının Suriyada apardığı hərbi əməliyyatlarda iştirak edərək yaralanıb”, - məlumada deyilir.
Cinayət işi üzrə Mircavad Salahov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmə), Mircəlal Salahov Cinayət Məcəlləsinin 283-1.1 və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb etmə və belə silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
“Hazırda kompleks istintaq-əməliyyat tədbirləri davam edir”, - DTX-dən qeyd olunur. **
R.Kərimov