Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşa şəhərində qəzalı vəziyyətdə olan binaların söküntüsü və tullantıların daşınması işlərinə 1,3 milyon manatdan çox vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən məlumat verir ki, "Aqroman" MMC və "Rapid Services Azerbaijan" MMC (konsorsium) ilə bu işlərin icrasına dair müqavilə bağlanıb.
Müqavilənin dəyəri – 1 milyon 349,848 min manatdır. **
B.Rüstəmbəyov