Bakı və İrəvan Avropa İttifaqının himayəsi altında Brüsseldə danışıqlara dəvət olunublar. Bu barədə ABŞ Dövlət Departamentinin spikeri Ned Parys məlumat verib.
«Anladığım qədər, tərəflərə dəvət göndərilib (Brüsseldə keçiriləcək görüşdə iştirak etmək üçün - İF), fürsət verilib», - Prays brifinqdə bildirib.
O qeyd edib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin tərəflərin Brüsseldə görüşünün təşkili ilə bağlı təklifi var. «Bu, tərəflər təklifi qəbul edəcəyi halda, son həftələrdə müşahidə etdiyimiz irəliləyişi davam etdirmək imkanıdır», - Dövlət Departamentinin nümayəndəsi hesab edir.
O, Brüsseldə görüşün mümkün tarixini açıqlamayaraq, bu məsələ ilə bağlı Bakı və İrəvana müraciət etməyi təklif edib.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Laçın yolu ətrafındakı vəziyyətə toxunaraq bəyan edib ki, Bakı və İrəvan bu məsələni özləri həll etməlidirlər, Vaşinqton tərəflərə kömək etmək niyyətindədir. **