ABŞ-ın Marşal İrsi İnstitutu (Marshall Legacy Institute/MLI) Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) daha 5 baş minaaxtaran it (MAİ) təhvil verib.
“Marşal İrsi İnstitutu (Marshall Legacy Institute/MLI) ilə ANAMA arasında arasında imzalanmış Anlaşma Memorandumuna əsasən daha 5 baş Malinua cinsli minaaxtaran it (MAİ) Agentliyə təhvil verilib”, - ANAMA-dan məlumat verilib.
Həmin itlər Qarabağda minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.
ANAMA ilə MLI arasında əməkdaşlıq 2005-ci ildən etibarən həyata keçirilir. **
R.Kərimov