2023-cü ilin yanvar ayında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları tərəfindən 8,8 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2022-ci ilin yanvar ayının göstəricisindən 36,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Yanvarda İKZF 29,86 milyon manat məbləğində krediti təkrar maliyyələşdirib (2022-ci ilin yanvar ayı ilə müqayisədə artım 38,2% - İF).
Yanvar ayında İKZFipoteka kreditlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait almayıb.
Hesabat dövründə İKZF istiqrazlar yerləşdirilməyib.
Yanvar ayında verilmiş ipoteka kreditinin orta həcmi 58,143 min manat təşkil edib. Kreditlər 282 ay müddətinə və illik 6,34% dərəcəsi ilə verilib.
2022-ci ildə İKZF-nin müvəkkil bankları tərəfindən 422.51 milyon manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.**
X.Nəsirzadə