2023-cü ilin yanvar ayında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 1,6% - 11 milyard 928,49 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Əhalinin milli valyutada əmanətlərinin həcmi 2,2% - 7 milyard 299,5 milyon manatadək (bütün əmanətlərin 61,2%-i) artıb.
Yanvarda əhalinin xarici valyutada əmanətləri 0,6% - 4 milyard 628,95 milyon manatadək və ya bütün əmanətlərin 38,8%-i səviyyəsində azalıb (2022-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 39,2% təşkil edib).
Rezidentlərin bank əmanətlərinin həcmi 10 milyard 762 milyon manat, qeyri-rezidentlərin – 1 milyard 166,46 milyon manat təşkil edir. Yanvarda rezidentlərin əmanətlərinin həcmi 1,8% artıb, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 0,7% azalıb.
2023-cü il yanvarın 31-nə banklarda əmanət və depozitlərin həcmi 35 milyard 552,86 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 1,9% azdır. **
X.Nəsirzadə