2023-cü ilin yanvar ayında Azərbaycanda bankların, ipoteka və istehlak kreditləri portfeli artıb, lakin biznes kreditlər üzrə portfeli azalıb.
Mərkəzi Bankın məlumatına görə, 31 yanvar 2023-cü il tarixinə bankların kredit portfeli 19 milyard 669,6 milyon manat məbləğində qiymətləndirilir (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,4% - İF).
Yanvarda bankların biznes kredit portfeli 01% - 10 milyard 845,6 milyon manatadək (bütün kredit portfelinin 55,1%-i) azalıb.
Yanvarda bankların istehlak kreditləri portfeli 1% - 5 milyard 811,9 milyon manata qədər artıb, xüsusi çəki 29,5% təşkil edib.
Hesabat dövründə bankların ipoteka kreditləri portfeli 0,9% - 3 milyard 12,2 milyon manata qədər və ya bankların bütün kredit portfelinin 15,3%-i səviyyəsində artıb.
2023-cü il yanvarın 31-nə Azərbaycanda 25 bank fəaliyyət üçün lisenziyaya malikdir.**
X.Nəsirzadə