Azərbaycan prezidenti İlham Əliyev 25 fevral – Küveyt Dövlətinin milli bayramı münasibətilə Küveyt Dövlətinin əmiriŞeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu ünvanlayıb, məktubda qeyd edib ki, Bakı Əl-Küveyt ilə əlaqələrə böyük önəm verir.
“Azərbaycan Küveytlə güclü İslam həmrəyliyinə əsaslanan dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm verir”, - cümə günü dövlət başçısının saytında dərc olunmuş məktubda deyilir.
Əliyev əmindir ki, tərəflər Azərbaycan-Küveyt münasibətlərini möhkəmləndirmək, “həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığı potensialından tam bəhrələnmək” üçün bundan sonra da birgə səylər göstərəcəklər. **
R.Kərimov