Azərbaycanda koronavirus infeksiyasına 28 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828,477 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 23 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 114 nəfər təşkil edir.
Virusa yoluxmuş 818,209 min nəfər (sutka ərzində +26) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 154 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 205 (ötən gün 1 293 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 519,926 min test aparılıb.**
X.Nəsirzadə