Cümə günü Daşkənddə Birinci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində 11 sənədin imzalanması mərasimi keçirilib. Bu barədə Özbəkistan İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyinin məlumatında deyilir.
“Tədbirdə Özbəkistanın nümayəndə heyətinə investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov və xarici işlər naziri vəzifələrini icra edənBaxtiyor Saidov, Azırbaycan tərəfinə isə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik edib. Çıxışları zamnaı nümayəndə heyətlərinin rəhbərli ticarət-qitisadi və investisiya əməkdaşlığının dərinləşməsinin potensialı, tələb olunan məhsulların istehsalı və perspektivli bazarların mənimsənilməsi üçün sənaye kooperasiyasının genişləndirilməsinin mühün potensialını qeyd ediblər”, - məlumatda deyilir.
Nazirlər Özbəkistan və Azərbaycanın biznes dairlərinin nümayəndələrini fəal və uğurlu qarşılıqlı fəaliyyətə çağırıblar, iki ölkənin profil naziriliklərini birgə layihələrin reallaşdırılmasında istənilən zəruri yardım göstərməyə hazır olduqlarını vurğulayıblar.
“Ticarət əlaqələrinin genişləndirilməsi və qarşılıqlı ticarət həcmıərinin $1 milyarda çatdırılması məqsədilə yaxın zamanda hər iki ölkənin bazarlarına tələb olunan məhsulların qarşılıqlı tədarükünün artırılması, müntəzəm ticarət və biznes missiyaların keçirilməsi, sahibkarlar arasında birbaşa təmasların təşkili məqsədilə meydançaların formalaşdırılması planlaşdırılır”, - məlumatda deyilir.
O cümlədən, forum zamanı regionlarası əməkdaşlıq spektrində yeni və birgə layihələrin və təşəbbüslərin işlənməsinin vacibliyi vurğulanıb.
“İclas zamanı bir sıra vacib sənədlər imzalanıb: Şuşa-Xivə, Gəncə-Səmərqənd, Lənkəran-Buxara, Şəki-Kokand şəhərləri arasında qardaşlaşma haqqında sənədlər, Bakı və Daşkənd şəhərləri arasında əməkdaşlığa dair Yol Xəritəsi. Forumun yekunlarına dair hər iki ölkənin regional inkişafının prioritet sahələrində ümumilikdə 11ticarət-iqtisadi sənəd imzalanıb”, - məlumatda deyilir.
Nazirliyin məlumatına görə, Forumun iştirakçıları hır iki dövlətin qarşılıqlı tamamlanma əsasında avtomobilqayırma, pambıq-toxuculuq sınayesi, ipəkçilik, tikinti materialları və zərgərlik məmulatlarının istehsalı, neft-kimya, energetika, ASK və qida sənayesi sahələrində fəaliyyəti aktivləşdirməyə dair niyyət ifadə ediblər.
Tədbir çərçivəsində iştirakçıların "B2G" və "B2B" formatında ünvanlı görüşləri təşkil olunub, həmçinin Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası keçirilib. **
N.Abbasova