Cümə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub.
“Söhbət zaman nazirlər qarşıdakı dövrdə keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısına hazırlıq məsələlərini müzakirə ediblər”, - Türkiyə XİN-in məlumatında deyilir.
Xəbər verildiyi kimi, TDT Zirvə Toplantısının 10-cu yubileyi bu il Qazaxıstanda keçiriləcək.
Hazırda 5 ölkə (Azərbaycan, Özbəkistan, Qırğızıstan, Türkiyə və Qazaxıstan) TDT-nın tamhüquqlu üzvüdür, iki dövlət isə (Macarıstan və Türkmənistan) müşahidəçi statusuna malikdir. **