Azərbaycan və Özbəkistan neft-kimya məhsullarının, filiz və konsentratların, alüminium, ərzaq malları, mexaniki və elektrik avadanlığı, tekstil və əczaçılıq məhsullarının tədarükünün artırılması hesabına qarşılıqlı ticarət dövriyyəsini $1 milyarda çatdırmağı planlaşdırır.
Cümə günü Daşkənddə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Özbəklistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov arasında görüş zamanı iki ölkə arasında iqtisadi qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.
“Danışıqlar zamanı 2022-ci ildə 53% artan ikitərəfli ticarət dövriyyəsi həcmlərinin artırılması perspektivləri müzakirə edilib. Konkret hədəf müəyyən edilib – göstəricilərin $1 milyard rəqəminə çatıdırlması. Bunun, həmçinin neft-kimya məhsullarının, filiz və konsentratların, alüminium, ərzaq malları, mexaniki və elektrik avadanlığı, tekstil və əczaçılıq məhsullarının tədarükünün artırılması hesabına nail olmaq planlaşdırılır”, - Özbəkistan İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyindən məlumat verilir.
Meyvə-tərəvəz, qida, tekstil, dəri və ayaqqabı məhsullarının tədarükünün təşkili, həmçinin iki ölkənin ən böyük şəhərlərində müntəzəm ticarət və biznes missiyalarının, milli məhsulların sərgilərinin keçirilməsinə dair razılıq əldə edilib.
"Konkret layihə təşəbbüsləri nümunəsində iki ölkə arasında sənaye kooperasiyasının genişləndirilməsi imkanları nəzərdən keçirilib. Söhbət rəqabət üstünlükləri əsasında yeni layihələrin hazırlanmasına sistemli yanaşmadan və onların birgə maliyyələşdirilməsi üçün birgə İnvestisiya Fondunun fəaliyyətinin təşkilindən gedir. Qarşılıqlı əlaqənin ən perspektivli istiqamətləri arasında avtomobilqayırma, pambıqçılıq və tekstil istehsalı, ipəkçilik və s. göstərilir. Eyni şəkildə nəqliyyat və logistika sahəsində bir sıra layihələrin həyata keçirilməsi imkanları öyrənilib. Dəmir yolu ilə yükdaşımalarının və tranzitin artırılması məqsədilə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi razılaşdırılıb", - məlumatda vurğulanıb.
Görüşün yekunlarına dair gələcəkdə Azərbaycanla strateji tərəfdaşlığın inkişafı və möhkəmlənməsinə sadiqlik təsdiq olunub və əldə olunan razılaşmaların prakriki icrası üzrə konkret tədbirçərin daxil olduğu Yol Xəritəsinin təsdiqi razılaşdırılıb. **
R.Əhmədov